AZ

Azərbaycanda təqdim edilən bu avtomobil modeli gələn il trendə çevriləcək

1bfbb894c6ffa1bc87fa88e626160345.jpg
04.12.2020 15:48

"Uzun illərdir Azərbaycanda Sovet istehsallı avtomobillər daha çox alınıb. Bunun əsas səbəbi qiymətin ucuz olmasıdır. Amma son illər vətəndaşlar daha çox ekoloji təmiz, müasir təhlükəsizlik standartlarına uyğun modellərə üstünlük verirlər".

 

Bu sözləri TED.az-a açıqlamasında avtomobil üzrə ekspert Eldəniz Cəfərov deyib.

 

O bildirib ki, elə hazırda da bazarda ən məşhur Rusiya istehsalı olan modellərdir: "Yaponiya, Avropa və Amerika Birləşmiş Ştatlarının hazırladığı avtomobillər də ölkəmizdə yavaş-yavaş məşhurlaşır. Amma insanlar getdikcə ekoloji təmiz modellərə üstünlük verirlər. Ümumiyyətlə, avtomobil bazarını iki yerə bölmək olar: ikinci və birinci əl bazarı. Birinci əl avtomobil bazarında bu ilin trendi daha çox Crossover-lər oldu. Onlar Sedanla yolsuzluq avtomobili arasında olan bir seqmentdir. Mühərrik həcminə görə Sedanla eyni olsa da, yol keçirmə məsələsinə görə, yolsuzluq avtomobillərinə daha yaxındır. Daha yüksək yol keçimliliyi və az yanacaq sərfiyyatı olan bu model ölkəmizdəki populyardır. İkinci əl avtomobil bazarında isə daha çox ABŞ-dan gətirilən Yaponiya istehsallı hibrid avtomobilləri və buradan gətirilən kiçik həcmli, 1400 kub santimetrlik nəqliyyat vasitələrini misal çəkə bilərik".

 

 

Ekspertin sözlərinə görə, paytaxtda və iri şəhərlərdə daha komfortlu, təhlükəsizlik baxımından münasib avtomobillər alınır: "Amma regionlarda yenə də Rusiya istehsalı olan, hətta bu gün yararsız avtomobilə çevrilmiş modellər alınır. Populyar dedikdə çox satılan modellər nəzərdə tutulur. Trend isə Crossoverlərdir. Gələn il də belə olması gözlənilir. Tanınmış avtomobil brendləri yeni Crossover modelləri istehsal ediblər. Onlar 2021-ci ildə, hətta Azərbaycanda da təqdim olunacaq. İndidən deyə bilərik ki, gələn il mühərrik həcmi o qədər də böyük olmayan Crossoverlər trenddə olacaq".

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox