AZ

Zoom-un işində nasazlıq yarandı - İclaslar yarımçıq qaldı

 

90de2d1a42c4905e0effbab555501708.jpg
19.01.2021 09:56

Zoom istifadəçiləri platformanın çökməsi barədə məlumat paylaşıblar.

 

TED.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan məlumata görə, istifadəçilər proqramı aça bilmir və internet bağlantısı problemi yaşayırlar. Mövzu barədə hələlik rəsmi açıqlama verilməsə də, tətbiqin işindəki problem sonradan aradan qaldırılıb.

 

Qeyd edək ki, video çat tətbiqi olan Zoom pandemiyadan sonra geniş yayılmağa başlayıb və istifadəçi sayı xeyli artıb

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox