AZ

"Süni intellekt və oyunlar" mövzusunda təlim keçiriləcək

 

936a1a5d0bba0e53a360679e0357b7ed.jpg
27.01.2021 17:45

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

 

TED.az xəbər verir ki, 29 yanvar saat 17:00-da baş tutacaq təlim proqramı “Süni intellekt və oyunlar” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Kanadanın Toronto Universitetində kompüter elmləri ixtisasından bakalavriat səviyyəsi üzrə məzun Vüqar Məmmədlidir.

 

Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox