AZ

Britaniya investisiya fondu "Toshiba"nı 18 milyard dollara almaq istəyir

bc362b0ee424a4cc6776018fba0b9fdb.jpg
07.04.2021 12:43

Böyük Britaniyanın CVC Capital Partners investisiya fondu tezliklə Yaponiyanın "Toshiba" korporasiyasını 2 trilyon yendən çox (18 milyard dollardan çox) məbləğində almaq təklifi ilə çıxış edəcəkdir.

 

TED.az-ın məlumatına görə, bu barədə Yaponiyanın "Nikkei" iş qəzeti bildirib.

 

Bunun Yapon şirkətinin alınması üzrə ən böyük sazış ola biləcəyi qeyd edilib.

 

Məlumata əsasən, "Toshiba"nın statusunu nəzərə alınmaqla, müqavilənin şərtləri Yaponiya hökuməti ilə də razılaşdırılacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox