AZ

Kapital Bank-ın Master və Maestro kart sahibləri əlavə keşbek qazanacaqlar

 

9a279dc8707e88060bae0f7ceb09ec5a.jpg
14.04.2021 12:55

Kapital Bank-ın Mastercard və Maestro kart sahibləri üçün yeni qazandıran aksiya keçirilir. Şərtlərə görə, Mastercard və Maestro kart sahibləri istənilən NFC ödənişləri həyata keçirən zaman, ilk 5 əməliyyatın hər birinə görə 1 AZN, 5-ci əməliyyat zamanı isə əlavə olaraq 5 AZN keşbek qazanacaqlar.

 

Bu barədə TED.az-a Kapital Bankdan məlumat verilib. 

 

Məlumata görə, aksiyada iştirak etmək üçün minimal ödəniş məbləği 5 AZN təşkil etməlidir. 8 iyun 2021-ci il tarixinədək davam edəcək aksiyada müştərilər hər Mastercard və Maestro kartları üzrə yalnız 1 dəfə yararlanaraq, əlavə 10 AZN qazana bilərlər.

 

Qeyd edək ki, Android əməliyyat sisteminin istifadəçiləri BirBank mobil tətbiqində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard və Maestro ödəniş kartını əlavə etməklə, ödənişləri həyata keçirə bilərlər. Bu zaman telefonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. Aksiya barədə əlavə məlumatı saytdan almaq mümkündür – https://kbl.az/bmcnc

TED + bölməsindən digər xəbərlər

Daha çox