AZ

Azərbaycan Texniki Unuversitetində təlim keçirilib

 

adf007ec1fa32fa8676bb7187f481d79.png
08.05.2021 15:55

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera mərkəzinin təşkilatçılığı ilə Energetika və avtomatika, Metallurgiya və materialşünaslıq fakültələrinin IV kurs tələbələri “CONIM Cert” MMC-nin birgünlük ISO 50001 təlimində iştirak edib.

 

TED.az xəbər verir ki, üç saat davam edən treninqdə təlimçi, ISO sertifikatçısı Fariz Məmmədov ISO 50001:2018. “Enerji idarəetmə sistemləri” üzrə müxtəlif mövzuları əhatə edən məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Qeyd edək ki təlim AzTU-nun əməkdaşlıq etdiyi “Caspian Cable” şirkəti tərəfindən maliyyələşdirilib.

 

Sertifikatların təqdim edilməsi tədbirində iştirak edən Tədris işləri üzrə prorektor, professor Nurəli Yusifbəyli tələbələri təbrik edib. Bildirib ki, belə təlimlərdə iştirak tələbələrin karyerada uğur əldə etmələrinə geniş imkanlar yaradacaq.

 

Tədbirin sonunda tələbələrə sertifikat təqdim olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox