AZ

“WhatsApp”da yeni funksiya

 

8c7fae518f6c99948e8ebbb7687bea7f.jpg
14.10.2021 12:57

“WhatsApp” messencerində yeni funksiya sınaqdan keçirillir.

 

Tezliklə istifadəçilərə tətbiqin ehtiyat surətinin idarəedilməsi imkanı veriləcək. Hər kəs məhz hansı tipli informasiyaların saxlanılacağını özü seçəcək. Bu, foto, audio, video, sənəd və digər fayllar ola bilər.

 

Bu məqsədlə “WhatsApp”da hər bölmə üçün yaddaşın həcmi ayrılıqda göstəriləcək. Beləliklə də, istifadəçi tətbiqin ümumi arxivinin həcmini özü hesablaya biləcək.

 

Sözügedən funksiyanın tezliklə tətbiqin yenilənmələrindən birinə əlavə ediləcəyi gözlənilir.

 

Mənbə: “WABetaInfo”

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox