AZ

Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

 

30199148dbb97c26a3873b8fe8afbc5d.jpg
18.10.2021 14:00

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan TED.az-a verilən məlumata görə, oktyabrın 11-dən 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 140 piyada əleyhinə, 27 tank əleyhinə mina və 1146 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

141,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 

Qeyd edək ki, ötən ay 634 hektar ərazi mina və PHS-lardan təmizlənmişdi.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox