AZ

Astronomlar ilk dəfə sayrışan ağ cırtdan ulduz aşkarlayıblar

 

386594047f8b057f63fad2a6590b8318.jpg
19.10.2021 10:20

İngiltərənin Darem Universitetinin alimləri olduqca sürətli dövri parlaqlıq dəyişikliklərinə malik ağ cırtdan ulduz aşkarlayıblar.

 

TED.az xəbər verir ki, bu barədə məqalə “Nature Astronomy” jurnalında dərc olunub.

 

Qeyd edilir ki, ağ cırtdan ulduzlar termonüvə yanacaqları tükənmiş, lakin kütləsi neytron ulduzuna çevrilmək üçün kifayət etməyən köhnə ulduzlardır. Onlar 0,08-12 Günəş kütləsi olan ulduzlara çevrilə bilər.

 

Yeni ağ cırtdan ulduzu Simon Skarinqin rəhbərliyi altında astronomların komandası müşahidə edib. Səma cismi “TW Pictoris” sistemindədir. Materiyanın bir ulduzdan digərinə keçməsi bir neçə gündən bir aya qədər davam edən parlaqlıq dəyişiklikləri ilə müşayiət olunur.

 

Alimlər “Transiting Exoplanet Survey Satellite” teleskopunun köməyi ilə müşahidə etdikləri ağ cırtdanın parlaqlığının təəccüb doğuran sürətlə dəyişdiyini qeydə alıblar. Bildirilir ki, o, parlaqlığını yarım saat ərzində üç dəfə dəyişə bilər.

 

“TW Pictoris” sisteminin ağ cırtdan ulduzu rekord vaxtda iki parlaqlıq rejimi arasında dəyişir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox