AZ

Böyük Britaniyada 2G və 3G rabitə şəbəkələri ləğv ediləcək

 

de49eafff0ab1a44285a249d0f194c0a.jpg
08.12.2021 19:40

Böyük Britaniyada 2033-cü ilədək mərhələli şəkildə 2G və 3G mobil rabitə şəbəkələri ləğv olunacaq.

 

TED.az “Reuters”ə istinadən xəbər verir ki, köhnə rabitə şəbəkələrinin tezliklərində 5G və gələcəkdə 6G rabitəsi tətbiq olunacaq. Yeni rabitə şəbəkələrinin pilotsuz avtomobil və hava nəqliyyatı vasitələri, virtual reallıq cihazları kimi yüksək texnologiyalı avadanlıqlar üçün istifadə olunacaq.

 

2G və 3G rabitəsinin ləğv olunacağı vaxtı təyin etməklə hökumət yeni istehsalçıların bazara gəlməsini asanlaşdırmış oldu. Belə ki, onlar köhnə texnologiyalarla işləmək məcburiyyətində qalmırlar.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox