AZ

 kapital bank işçi axtarır   

 

40d27b068bff6410b0349a593b784deb.jpg
14.01.2022 14:34

“Kapital Bank” ASC namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

 

KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;

 

Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatlar aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;

 

Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;

 

Riskləri düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət etmək;

 

Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

 

Tələblər

 

Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)

 

Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;

 

Rus və İngilis dil bilikləri müsbət qarşılanır;

 

CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;

 

Kompüter bilikləri (MS Office, Internet);

 

Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;

 

Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;

 

Məsuliyyətlilik və dəqiqlik;

 

Bank qanunvericiliyini.

 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr@kapitalbank.az elektron ünvanına “KOS kreditlərin təhlili üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.

VAKANSİYA bölməsindən digər xəbərlər

Daha çox