AZ

Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA

 

4b07aa290951eea72f7a2a6b02a5d980.jpg
18.01.2022 14:47

24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.

 

Bəs işğaldan azad edilmiş ərazilərə avtobus marşrutlarına bilet alarkən COVID-19 pasportu tələb olunacaq?

 

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən TED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu səfərlər zamanı COVID-19 pasportu mütləq tələb olunacaq:

 

"Azərbaycanın digər bölgələrinə rayon və şəhərlərarası marşrut xətlərində olduğu kimi, bu səfərlər zamanı da sərnişinlərdən bilet alarkən COVID-19 pasportu tələb olunacaq", - məlumatda deyilir.

 

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olar. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

TED + bölməsindən digər xəbərlər

Daha çox