AZ

DİM-də ekspertlər üçün təlim

 

22b5b9a006002b1ed9606691c4935d51.jpeg
14.05.2022 13:50

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət imtahanlarında şəffaflığı təmin etmək məqsədilə imtahanlarda ekspert kimi iştirak edə biləcək mütəxəssislərə müraciət edib. Müraciətdən sonra bəzi mütəxəssislər imtahanda ekspert kimi iştirak etmək istədiklərini qeyd ediblər.

 

Bu barədə TED.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, mayın 13-də musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak üçün DİM-ə müraciət edən mütəxəssislərə təlim təşkil edilib.

 

Təlimdə musiqi sənəti istiqaməti üzrə imtahanların təşkili və məzmunu haqda ətraflı məlumat verilib. Bundan əlavə, bu istiqamətə aid bütün ixtisaslar üzrə qiymətləndirmənin spesifik nüanslarına toxunulub və qiymətləndirmənin qaydaları izah edilib. Təlimatın məqsədi ekspertlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək və daha çox ekspertin imtahanlarda iştirakını təmin etməkdir.

 

Xatırladaq ki, ekspertlər üçün təlim qabiliyyət imtahanı günü imtahandan əvvəl də keçiriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox