AZ

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq üçün qeydiyyat aparılır

1ad074d3a869efbe1cc0cfe83c1c08c9.png
16.05.2022 12:40

Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində növbəti tədris ili üçün “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq üçün qeydiyyat prosesi davam edir.

 

Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri digitalskills.edu.az veb-səhifəsində test imtahanında iştirak etmək üçün mayın 25-dək qeydiyyatdan keçməli, bu siniflərə qəbul üzrə müraciətlərini təsdiq etməlidirlər. Qeydiyyat prosesi tamamlandıqdan sonra şagirdlər regional təşkil olunan üzbəüz test mərhələsində iştirak edəcəklər.

 

Qəbul imtahanının I mərhələsindən uğur qazana bilməyən şagirdlərə ikinci dəfə iştirak etmək fürsəti veriləcək. Layihə çərçivəsində təşkil edilən və müddəti bir ay olan intensiv imtahana hazırlanma kursunda iştirak edərək, şagirdlər imtahanın II mərhələsində uğur qazana bilərlər.

 

Qeyd edək ki, şagirdlər “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərdə təhsil alaraq bir çox üstünlüklər əldə edəcəklər. Belə ki, bu siniflərdə tədris almaqla, gələcəyini informasiya texnologiyaları ixtisasları üzrə bağlayan şagirdlər daha hazırlıqlı, proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlara malik olacaqlar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox