AZ

AzəriKard: Bir mobil telefon nömrəsinə müxtəlif valyutalarda üç kart sifariş etmək olar

1e3e31e622addf38b47341a20a950d8e.jpg
21.08.2019 14:38

AzəriKard prosessinq mərkəzi virtual ödəmə kartının SMS vasitəsi ilə dərhal əldə olunması imkanı təqdim edir.

 

TED.az xəbər verir ki, virtual kartı almaq üçün “Yeni AZN” komandası xüsusi qısa nömrəyə göndərilir və (yeni sözü yazılaraq valyuta AZN/USD/EUR seçilir) internet vasitəsi ilə alış-veriş aparmaq üçün Visa və ya MasterCard kartlarının bütün lazımi rekvizitləri SMS-lə telefona daxil olur. Həmin kart həm Azərbaycanın, həm də xarici ölkələrin internet saytlarında istifadə oluna bilər.

 

Ani virtual kartını hədiyyə də etmək  olar. Bunun üçün HEDIYYE 0501234567 AZN komandasını qısa nömrəyə göndərin (hediyye sözü yazılaraq mobil telefonun nömrəsi valyuta AZN/USD/EUR seçilir). Bir mobil telefon nömrəsinə müxtəlif valyutalarda üç kart sifariş etmək olar. Virtual kart bir il müddətinə buraxılır. Kartın balansını artırmaq üçün “Kart Transfer” və ya “Cash to any Card” xidmətlərindən istifadə edə bilərsiniz. Balansı öyrənmək üçün mobil telefondan “BALANS AZN” komandası xüsusi qısa nömrəyə göndərilir (balans yazılaraq valyuta AZN/USD/EUR seçilir) və bir neçə dəqiqədən sonra balans haqqında məlumat SMS şəklində telefona daxil olur.

 

“SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq üçün mobil telefondan “SMS AZN” komandası xüsusi qısa nömrəyə göndərilir (SMS yazılaraq valyuta AZN/USD/EUR)seçilir). Kartın istifadə müddətini uzatmaq üçün mobil telefondan “UZAD AZN” komandası xüsusi qısa nömrəyə göndərilir (UZAD yazılır valyuta AZN/USD/EUR seçilir). Hal-hazırda xidmətdən yalnız Azercell mobil operatorunun abunəçiləri istifadə edə bilər.

 

Virtual Kart haqda daha ətraflı məlumatla VEB-SAYTINDA tanış olmaq mümkündür. www.anikart.az

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox