AZ

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir

 

43e2d770c388eee3a72fa8e457c04353.png
03.08.2022 11:40

Avqustun 4-ü saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

 

Bu barədə TED.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

 

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox