AZ

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

 

b631b315d5aa6081677b2ed168d495a4.jpg
05.08.2022 14:00

Bugündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır.

 

Təhsil Nazirliyindən TED.az-a verilən xəbərə görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilir. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

 

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

 

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox