AZ

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi: Tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar

5d0fee4f5b736ba11042746ed7036d0a.jpg
20.08.2022 14:20

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində bakalavriat pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.

 

Bu barədə TED.az-a BDU-dan məlumat verilib.

 

Fakültənin bakalavr və magistrantları Tələbə Elmi Cəmiyyətinin xətti ilə tədqiqat aparmaq imkanına malikdirlər.

 

Qeyd edək ki, fakültədə 2 tədris laboratoriyası, Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabxana resursları və informasiya axtarış sistemləri, Kitabşünaslıq və nəşriyyat işi kafedraları fəaliyyət göstərir.

 

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

 

Elm bölməsindən digər xəbərlər

Daha çox