AZ

Cari tədris ilinin payız sessiyasında 3400 nəfər təhsil tələbə krediti alıb

767af8a8136eee21eed8a16e714bd667.png
24.11.2022 21:57

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

 

Təhsil Tələbə Krediti Fondundan TED.az-a bildirilib ki, bu günə qədər 6012 nəfər kredit almaq üçün müraciət edib.

 

Onlardan 962 nəfərin müraciəti natamam olub. 586 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 655 nəfərin müraciətinə imtina cavabı verilib, 409 nəfərin müraciəti isə banka yönləndirilib.

 

2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 3400 nəfərə TTK verilib. Onların arasından 1320 nəfərin müraciəti sosial TTK, 2080 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox