AZ

“Soft Computing” jurnalı Azərbaycan aliminin elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib

f0a99c64b5b495a2af5bc06a0bf56332.png
25.11.2022 14:57

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Springer Nature” nəşriyyatının “Soft Computing” jurnalında 2022-ci il ərzində 5 məqaləyə rəy verdiyinə görə rəyçi sertifikatına layiq görülüb.

 

İnstitutdan TED.az-a bildirilib ki, “Soft Computing” jurnalı təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir.

 

Qeyd edək ki, “Soft Computing” jurnalı, həmçinin “Scopus”, “ACM Digital Library”, “INSPEC” “DBLP” və s. beynəlxalq bazalarda indeksləşir.

TED + bölməsindən digər xəbərlər

Daha çox