AZ

“Samsung” smartfonları BAHALAŞACAQ

 

28fef7afd19b974867218a02eb3141c8.jpg
30.01.2023 16:40

“Samsung” bu il təqdim edəcəyi telefon modellərinin qiyməti əvvəlkilərdən baha satılacaq.

 

TED.az  xəbər verir ki, əsasən “Samsung Galaxy S23” smartfonlarının qiymətini qaldırmağı planlaşdırır.

 

Məlumata görə, bahalaşma bir neçə Avropa ölkələrində olacaq. Belə ki, İspaniyada 128 GB yaddaşa malik Galaxy S23 modeli 959 avroya (təxminən 1775 manat) satışa çıxarılacaq. Keçənilki Galaxy S22 isə 859 avroya (təxminən 1590 manat) dəyərində olub. Həmçinin, Çexiyada, Danimarkada da qiymətlər bir xeyli qalxıb.

 

Qeyd edək ki, yalnız Amerikada smartfonların qiyməti dəyişməz olaraq qalacaq.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox