AZ

Türkiyə HHQ-nin inventarına 5 yeni “Super Mushshak” təyyarəsi əlavə edilib

 

c62c0f128670f3e6ec9ba89a4a403a85.jpg
27.03.2024 20:20
Türkiyədə 2-ci Əsas Reaktiv Baza Komandanlığı inventarına 5 ədəd SMK (Super Mushshak) təyyarəsinin əlavə edilməsi üçün Qarşılama, Qurban Kəsilməsi və İlk Uçuş Fəaliyyətləri təşkil edilib.

 

TED.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi 2024-cü il martın 21-də aviasiya təlim Komandiri, aviasiya general-leytenantı Ərdoğan Gürün iştirakı ilə həyata keçirilən fəaliyyətlərin görüntülərini rəsmi “X” hesabında paylaşıb.

İstehsalına 1995-ci ildə başlanan “Super Mushshkak” Türkiyə ilə yanaşı, Azərbaycan, İran, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və İraqın inventarlarında da aktiv şəkildə yer alır.

IDEF 2017 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində keçirilən mərasimdə Türkiyə döyüş təyyarəsi pilotlarının təlimində istifadə edilmək üçün Pakistandan 52 ədəd “Super Mushshak” təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox