AZ

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

 

30c3bdfe46e8142aa1e5b9f9a45a4365.jpg
28.03.2024 10:00

Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TUBİTAK) və AMEA-nın əməkdaşlığı çərçivəsində “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda seminar keçirilib. Görüşdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri dosent Zakirə Əliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva, baş mütəxəssis Pərvanə Kərimova və təcrübəçi tələbələr iştirak ediblər.

 

Bu barədə TED.az-a institutdan bildirilib. Seminarda Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli AMEA Rəyasət Heyətinin Elektron akademiya şöbəsinin gördüyü işləri xatırladıb və son illər bu sahədə nəzərə çarpan irəliləyişlərdən bəhs edib.

 

Sonra Elektron akademiya şöbəsinin müdiri dosent Fariz İmranov mövzu ilə bağlı əhatəli çıxış edib. O, AMEA jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi, elmi platformalarla bağlı işlərin təkmilləşdirilməsindən danışıb.

 

Şöbənin əməkdaşı Elnur Eltürk Ədəbiyyat İnstitutunun “Vikipediya” sahəsində gördüyü işləri xüsusi qeyd edib. Akademiyada yeni “Vikipediya” qruplarının yaradılması, onların təlimə cəlb edilməsi ilə bağlı da fikirlər səsləndirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox