AZ

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

 

61c15b31c7506dcca239885bdf4ac5c2.jpg
28.03.2024 10:40

Çində iki min kilometrdən uzaq məsafədəki hava hədəflərini vura bilən idarəolunan zenit raketi hazırlanıb.

 

TED.az “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, uzunluğu 8 metr, çəkisi 2,5 ton olan yeni raket mobil qurğulardan buraxıla biləcək. O, uzaq məsafədə uçan radiolokasiya təyyarələrini və bombardmançıları vurmaq üçün nəzərdə tutulub.

 

Raketin xarici görünüşü barədə dolğun məlumatlar olmasa da, onun iki il əvvəl hazırlanmış “Feitian-1” hipersəs raketinə bənzədiyi güman edilir.

 

Çinli ekspertlərin sözlərinə görə, yeni raket hələ ÇXR ordusunun arsenalına daxil edilməyib, lakin “qlobal və regional miqyasda sülh və sabitliyin qorunması üçün vacibdir”.

 

Qeyd edək ki, hazırda dünyanın ən mükəmməl zenit raketlərinin uçuş məsafəsi bir neçə yüz kilometrdən çox deyil. Uzun mənzilli silahlardan istifadə zamanı hədəf təyinatını təmin etmək problem yaradır. Çinli alimlər bu problemi kəşfiyyat peyklərinin köməyi ilə həll etməyi planlaşdırırlar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox