AZ

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

 

7c819011f004b91af0a2e769c9791cbf.jpg
28.03.2024 10:57

Novruz bayramı ilə əlaqədar olaraq martın 20-dən 26-dək növbəli iş qrafiki əsasında işləyən “Azərpoçt” 400 mindən çox vətəndaşa xidmət göstərib.

 

“Azərpoçt”dan TED.az-a bildirilib ki, Bakı şəhəri üzrə poçt, maliyyə və digər xidmətlərdən faydalanan vətəndaşların sayı 28 714, regionlarda isə 369 730 nəfər təşkil edib.

 

Bundan əlavə, ölkədəki bir sıra karqo şirkətlərinə daşıma xidməti göstərən “Azərpoçt” bu sahədə də aktiv şəkildə fəaliyyət göstərib. Belə ki, elektron kommersiya üzrə 20 minə yaxın əməliyyat icra olunub. Onu da qeyd etməliyik ki, ölkə üzrə çatdırılan onlayn sifarişlərin 70 faizdən çoxu regionların payına düşür. Bu da “Azərpoçt”un regionlardakı xidmətin keyfiyyətini qaldırması ilə birbaşa düz mütənasibdir.

 

“Azərpoçt” MMC geniş poçt şəbəkəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və digər bu kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox