AZ

Xankəndidə silah-sursat aşkarlandı

5607cf872ab007a6eda7492c9c2c6b19.jpg
28.03.2024 19:40

Xankəndidə silah-sursat aşkarlanıb.

 

TED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox