AZ

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

 

4aefcab24aa0680996decc5794a5f3de.png
28.03.2024 20:20

Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb.

 

TED.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.

 

Onun sözlərinə görə, iki ildir istifadəyə verilmiş yeni nəsil rəqəmsal imza “E-gov”, ƏMAS, “Elektron Məhkəmə”, İnternet Vergi İdarəsi portalı, "Smart Customs", "Güzəştli mənzil", Elm və Təhsil Nazirliyinin "Ali və orta İxtisas Təhsil Alt Sistemi" portalı kimi bir çox dövlət xidmətlərinin, bankların sistemlərinə inteqrasiya edilib.

 

“Biometrik həllərə və süni intellektə əsaslanan, əl imzası ilə eyni hüquqi qüvvəyə malik və vətəndaşlar üçün pulsuz olan "SİMA İmza"nın əlçatanlığı əhalinin elektron imzaya olan marağını artırmaqda, ekosistemə müsbət təsirini göstərməkdədir. Hazırda milli brendimizin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır”, - deyə nazir vurğulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox