AZ

Həvəsləndirici vədlər təklif edilən mesajlarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO

 

455c0c2a7823af4a4c915bb1a0b5e19a.png
28.03.2024 22:40

“Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ alış-veriş platforması olan “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir”.

 

TED.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Məlumata əsasən, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.

 

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox