AZ

Bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq

9d788058fa124b733fb396abe0b5441d.jpg
29.03.2024 10:40

Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

 

TED.az  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

 

Bildirilib ki, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir. Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək.

 

Biletləri dəmiryol vağzallarının kassalarından, qurumun saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

TED + bölməsindən digər xəbərlər

Daha çox