AZ

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb 

 

1352c8e1f40c991cb6b31bb7275b5fe1.jpg
29.03.2024 13:50

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində partladıcı və qumbaralar tapılıb.

 

Bu barədə TED.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu və hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 12 ədəd F-1 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

 

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox