AZ

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

 

2fe0747e6175efc8f446b158fb3e6235.jpg
29.03.2024 16:57

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində məlumat təhlükəsizliyi və məxfiliyin təmin olunması məqsədilə “FileSender” xidməti istifadəyə verilib.

 

İnstitutdan TED.az-a bildirilib ki, “FileSender” istənilən ölçülü faylları sürətli və təhlükəsiz şəkildə göndərmək üçün açıq mənbəli veb-proqramdır. Göndərən şəxs faylları müəyyən müddət ərzində qəbul edən şəxsin kimliyi və fayllara giriş üzərində tam nəzarətə malikdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox