AZ

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində altı ixtisaslaşma üzrə kadr hazırlanır

 

f8c8d915c720d185093abfc4ac01a89a.jpg
28.06.2024 10:00

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin magistratura səviyyəsində 6 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

 

Bu barədə TED.az-a BDU-dan bildirilib.

 

Biblioqrafiyaşünaslıq ixtisaslaşmasını bitirən məzunlar informasiya istifadəçilərinin sorğu və tələbatlarına uyğun ilkin sənədlər əsasında informasiya logistikası və konsaltinqini, bütövlükdə informasiya menecmentini həyata keçirmək bacarıqlarına yiyələnirlər.

 

Biblioqrafik ehtiyatların yaradılması və istifadəsi ixtisaslaşmasını bitirən məzunlar biblioqrafik resursun yaradılması və ondan istifadəni təşkil etmək bacarıqlarını əldə edirlər.

 

Kitabxanaşünaslıq ixtisaslaşmasını bitirən məzunlar kitabxana işinin tarixini, inkişaf qanunauyğunluqlarını və tendensiyalarını, perspektivlərini və hədəflərini elmi cəhətdən müəyyən etmək, tədqiqat metodlarını mənimsəmək və praktik fəaliyyətə tətbiq etmək bacarıqları qazanırlar.

 

Kitabxana-informasiya texnologiyası ixtisaslaşmasının məzunları kitabxana-informasiya strukturlarında texnoloji prosesləri təşkil etmək, elektron xidmətləri həyata keçirmək, kitabxana sahəsinə innovativ istiqamətləri tətbiq etmək bacarıqlarına yiyələnirlər.

 

Sənəd resursları və informasiya axtarış sistemləri ixtisaslaşmasını bitirən məzunlar sənəd resurslarını formalaşdırmaq və idarə etmək, mövcud resurslarda informasiya axtarışını səmərəli üsulla təşkil etmək bacarıqları qazanırlar.

 

Nəşriyyat işi və redaktəetmə ixtisaslaşmasını bitirən məzunlar isə redaksiya-nəşriyyat proseslərini idarə etmək, mətn üzərində redaktə aparmaq, nəşrin redaktor hazırlığını həyata keçirmək bacarıqlarını əldə edirlər.

 

Sadalanan hər bir ixtisaslaşma üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla mövcud kitabxana infrastrukturunda, arxiv, muzey, nəşriyyat, mətbəə, qəzet və jurnallarda, elektron media qurumlarında, dövlət və özəl təşkilatların mətbuat xidmətlərində və digər sahələrdə çalışa bilərlər.

 

Eyni zamanda, məzunlar müvafiq sahələr üzrə doktoranturada təhsillərini davam etdirmək imkanına malikdirlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox