AZ

Rusiya oktyabrda Ukraynaya rekord sayda dron buraxıb

 

5f0f5c438053a308410ad3e60091f94c.jpg
01.11.2024 10:57

Oktyabr ayı ərzində Rusiya Federasiyası Ukraynaya qarşı 2023 ədəd “Şahid” tipli hücum pilotsuz uçuş aparatı (PUA) və naməlum tipli dronlardan istifadə edib ki, bu da cari il üçün rekord göstəricidir.

 

Bu barədə TED.az Ukrayna Silahlı Qüvvələri (USQ) Baş Qərargahının “Facebook” sosial şəbəkəsindəki məlumatına istinadla xəbər verir.

 

Ukraynaya doğru buraxılan PUA-lardan 1185-i ukraynalı hərbçilər tərəfindən məhv edilib və ya zərərsizləşdirilib, 738-i itirilib, 29-u isə Ukrayna dövlətinin nəzarət etdiyi hava məkanını tərk edib.

 

2024-cü ilin əvvəlindən Rusiya ordusu ümumilikdə 6987 hücum PUA-sından istifadə edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox