“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin açılış mərasimi keçirilib
TED.az xəbər verir ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin açılış mərasimi keçirilib. Açılışda Qaradağ rayon Gənclər və İdman idarəsi rəisi Elçin Abbasov, 288 saylı tam orta məktəbin direktoru Aygün Hüseynova, Karneqi Klubun təsisçi-direktoru Nəcəf Allahverdiyev, 50-dən çox şagird və müəllimlər iştirak edib.
Layihə rəhbəri Məlahət Budaqova layihə haqqında ətraflı məlumat verib, daha sonra qonaqlar öz təəssüratlarını bölüşüblər. Açılış tədbiri bədii hissə ilə yekunlaşıb.
Xatırladırıq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 saylı tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunur. Layihə çərçivəsində Karneqi Klub Treninq Mərkəzi ilə əməkdaşlığın qurulması, 9-11-ci sinif şagirdləri arasında layihənin təqdimatı, Xarizmatik natiq klubunun yaradılması və Klubun fəaliyyət planı, Xarizmatik natiq çıxışları, təlimlər bitdikdən sonra 10 ən güclü çıxış edən şagirdin seçilməsi nəzərdə tutulub.