AZ

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edilib

 

e563ef81a8d6c9df2d9ffe0bcb049b9d.jpg
01.07.2024 10:00

Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edilib.

 

Təhsil İnstitutundan TED.az-a bildirilib ki, şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış şəxsi kabinetlərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsində iştirak edərək lisey seçimi etməlidirlər. Bu mərhələdə şagirdlərə 3 lisey seçimi hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil.

 

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər üçün iyulun 9-u saat 16:00-dək şagirdə uyğun müəssisələr arasından seçim edilməlidir. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

 

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər iyulun 4-ü saat 12:00 tarixinədək office@arti.edu.az ünvanı vasitəsilə qəbul edilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox