AZ

Prezident İlham Əliyev iki qanunda dəyişikliklə bağlı fərman imzaladı

73051e686244b236e7378d0f030c48a4.jpg
27.06.2024 16:57

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

TED.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanundan irəli gələn digər məsələləri həll etməlidir.

 

“Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanın 2.1-2-ci bəndində ikinci halda “üçüncü” sözü “dördüncü” sözü ilə əvəz edilməlidir.

TED + bölməsindən digər xəbərlər

Daha çox