AZ

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub

 

3c1b7bfb981798d6fa0b248e9a5cf521.jpg
27.06.2024 20:40

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

 

Nazir bildirib ki, əvvəlki dövrdə MİQ imtahanlarında və yerdəyişmə müsabiqəsində iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub: “Belə ki, hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur. Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib”.

TED + bölməsindən digər xəbərlər

Daha çox