AZ

Husilər hipersəs raketinin ilk istifadə etdiklərini açıqladılar

 
 

72af0dfb5ce015adbc67461d1d0c5d3d.jfif
27.06.2024 17:20

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Ərəb dənizində "MSC Sarah V" gəmisinə hücum etmək üçün ilk dəfə hipersəs raketindən istifadə ediblər.

 

TED.az-ın məlumatına görə, bu açıqlama ilə husilərin hərbi nümayəndəsi Yəhya Səriya çıxış edib.

 

"Yəmən silahlı qüvvələri Ərəb dənizində İsrailin "MSC Sarah V" gəmisini vuran raketin xüsusiyyətlərini ilk dəfə açıqlayıb. Bu, yerli istehsal olan, qabaqcıl texnologiyalarla təchiz edilmiş və hədəfləri maksimum dəqiqliklə vurmağa qadir olan hipersəs raketidir", - deyə Y.Səriya öz "Telegram" kanalında bildirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox