AZ

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

 

9f420088ebac9eb8590802213473e2d1.jpg
27.06.2024 21:57

Bakıda keçirilən “Baku ID” (Baku Investment Day) festivalı çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və SABAH.HUB İnnovasiya Mərkəzi arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

 

TED.az xəbər verir ki, Anlaşma Memorandumunu 4SİM-in İcraçı direktoru Fariz Cəfərov və SABAH.HUB-ın İcraçı direktoru Rəhim Bayramlı imzalayıblar.

 

Memoranduma əsasən, tərəflər ölkədə innovasiya ekosisteminin inkişafı, süni intellekt əsaslı beynəlxalq və yerli universitetlərlə ikili diplom proqramlarının təsis olunması, təcrübəli insan kapitalının ölkəyə cəlb olunması, tədqiqat və təlim proqramları sahəsində əməkdaşlıq edəcəklər.

 

Sənəd, həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində elm və sənaye klasterinin yaradılması üçün birgə səylərin davam etdirilməsi, habelə Dünya İqtisadi Forumunun (DİF) “Qlobal İnnovatorlar” icması ilə oxşar təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı əməkdaşlığı ehtiva edir. 4SİM və SABAH.HUB DİF-in “Unicorns” və “Technology Pioneers” icmaları ilə əməkdaşlıq edərək, Azərbaycan startaplarının həmin icmalara üzvlüyünə dəstək olacaq.

 

Qeyd edək ki, “Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holding”, ABB və “Mappable”, tərəfdaşlar isə 4SİM və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir (IDDA). AZƏRTAC tədbirin media tərəfdaşıdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox