AZ

“Azərkosmos”: “Emosional Zəka” modulunun iştirakçılarına sertifikatlar təqdim edilib

 

ad3923e132f23bc41856a95313c7cd28.jpg
27.06.2024 18:20

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) və Milli Aviasiya Akademiyası (MAA) arasında əməkdaşlıq çərçivəsində, “Azərkosmos”un nəzdində fəaliyyət göstərən Kosmik Akademiya tərəfindən MAA-nın professor-müəllim heyəti və tələbələri üçün “Müasir Korporativ Kommunikasiya” proqramının “Emosional Zəka” modulu yekunlaşıb.

 

Bu barədə  TED.az-a “Azərkosmos”dan bildirilib.

 

Məlumata əsasən, “Azərkosmos” və MAA-nın əməkdaşlarının iştirakı ilə keçirilmiş bağlanış mərasimində modul iştirakçılarına (professor-müəllim heyəti, gənc alim və tələbələrə) sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, həmin proqramın 2025-2026-cı tədris illərində davam etdirilməsi nəzərdə tutulub.

TED + bölməsindən digər xəbərlər

Daha çox