AZ

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

 

c9e5c7431db9bddc22791425f633f9b4.jpg
27.06.2024 20:57

Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərin (35 faiz əlavə alanların) orta aylıq əməkhaqqının sentyabr ayından 1295 manata çatması ehtimal olunur.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

 

Nazir bildirib ki, sertifikasiya imtahanında uğur qazanan (10 faiz əlavə alan) müəllimlərin orta aylıq əməkhaqqının sentyabr ayından 980 manata çatması proqnozlaşdırılır. Nazir sertifikasiyada iştirak etməyən müəllimlərin orta aylıq əməkhaqqının 750 manat olacağını söyləyib: “Müəllimlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35 faiz əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”.

TED + bölməsindən digər xəbərlər

Daha çox