AZ

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

 

b510f32b8b57302e6be076bde285e669.jpg
27.06.2024 23:20

“Azərkosmos”un nümayəndələri “Baku Investment Day” (Baku ID) tədbiri çərçivəsində “Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında çıxış ediblər.

 

TED.az xəbər verir ki, sessiyada “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov, Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı və kosmosda dayanıqlıq və təhlükəsizlik, eyni zamanda, kosmos bazar araşdırmaları şirkəti olan “Slingshot Aerospace”in sədrinin müşaviri Dana al-Salem çıxış ediblər.

 

Saməddin Əsədov kosmik fəaliyyət və innovasiyaların planetimizə təsirinə diqqət çəkərək, ilk baxışda uzaq olan kosmosun yaxın olan Yerdəki problemlərin həllinə verdiyi töhfələri qeyd edib. Onun sözlərinə görə, innovasiyanın əsas mühərrikini elm və təhsil təşkil edir. İdarə Heyətinin sədri universitetlər, tədqiqat institutları və özəl şirkətlərin kosmik innovasiya ekosisteminin inkişafında birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. “Onlar birgə tədqiqat aparır, texnologiyaları inkişaf etdirir, gələcəyin alim və mühəndislərini yetişdirirlər”, – deyə Saməddin Əsədov bildirib. O qeyd edib ki, “Azərkosmos” da ölkəmizdə milli kosmik ekosistemin inkişafı istiqamətində öz səylərini davam etdirir.

 

Panel sessiyada digər spikerlər də kosmik sahə və əlaqədar innovasiyaların gündəlik həyatımıza töhfə verə biləcəyi ideyaları vurğulayaraq, bu nəticələrin əldə edilməsinə dəstək ola biləcək startap ideyalarını diqqətə çatdırıblar.

 

Qeyd edək ki, panel müzakirəsinin sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası keçirilib.

 

Xatırladaq ki, AZƏRTAC tədbirin media tərəfdaşı olaraq informasiya dəstəyi göstərir.

TED + bölməsindən digər xəbərlər

Daha çox