AZ

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

 

cdffcda04fea8ef5551c630930de353d.jpg
27.06.2024 23:40

Hazırda Azərbaycana məxsus üç peyk kosmosda fəaliyyət göstərir, onlardan yalnız biri “Azərsky” ölkəmizdə və regionda baş verən iqlim dəyişikliklərini izləyir.

 

TED.az xəbər verir ki, bu fikirləri “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov “Baku ID” innovasiya festivalı çərçivəsində “Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” mövzusunda panel sessiyasında çıxışında deyib.

 

Saməddin Əsədov bildirib ki, hazırda dünyada 160-dan çox kosmik cihaz iqlim dəyişikliyinə nəzarət edir. İqlim dəyişikliyi ilə bağlı məlumatların 60 faizdən çoxu məhz kosmosdan alınır. Bu sırada Azərbaycanın da yeri var. Ölkəmiz iqlim dəyişikliklərinin izlənilməsində kosmosdan, kosmik texnologiyalardan istifadə edir. COP29-a “Azərkosmos” xüsusi olaraq hazırlaşır: “Biz COP29-a çox ciddi hazırlaşırıq. Biz həm dövlətimiz, həm də digər ölkələr qarşısında məsuliyyətimizi dərk edirik”.

 

Xatırladaq ki, “Baku ID” innovasiya festivalına AZƏRTAC media tərəfdaşı olaraq informasiya dəstəyi göstərir.

TED + bölməsindən digər xəbərlər

Daha çox