AZ

Nazir: 2022-2024-cü illərdə 64,5 min müəllim sertifikasiya imtahanında iştirak edib

 

bf772ef21978eae015180c1e46f75166.jpg
27.06.2024 19:20

2022-ci ildən etibarən müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Prosesin məqsədi müəllimlərin bilik səriştələrini fərqləndirmək və bu fərqləndirməni maddi olaraq mükafatlandırmaqdır.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

 

O bildirib ki, 2022-2024-cü illərdə 64,5 min müəllim sertifikasiya imtahanında iştirak edib. Nazir onlardan 31 min 852 nəfərin ibtidai sinif, 2023-2024-cü illərdə 9 min 892 nəfərin Azərbaycan dili və ədəbiyyat, 8807 nəfərin riyaziyyat, 13 min 957 nəfərin xarici dil müəllimi olduğunu diqqətə çatdırıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox