AZ

"ChatGPT" avtomobillərdə də yer alıb

 

1d256dbde9218add17f90c25cf19a96b.jpg
27.06.2024 16:20

Alman avtomobil nəhəngi "Volkswagen" öz maşınlarında "ChatGPT" "chatbot"unu dəstəklədiyini bildirib.

 

Məlumata görə, məşhur "chatbot" əvvəllər "Volkswagen" avtomobillərinə inteqrasiya edilmiş IDA səsli köməkçisi ilə yanaşı işləyəcək. Korporasiya nümayəndələrinin sözlərinə görə, avtomobil həvəskarları səsli köməkçi ilə "daha ​​təbii dildə" ünsiyyət qura, müxtəlif mövzularda məsləhət və yardım ala biləcəklər. "Volkswagen" ilin əvvəlində avtomobillərində "chatbot"un göründüyünü elan edib.

 

"ChatGPT" dəstəyi yeni Golf, Tiguan və Passat avtomobillərinə, eləcə də elektrik krossoverlərinin Electric ID xəttinə əlavə edilib. "Chatbot" hazırda yalnız Avropada işləyir, lakin gələcəkdə Şimali Amerika müştərilərinə əlavə olunacaq.

 

Mənbə: Lenta.ru

Dünya bölməsindən digər xəbərlər

Daha çox