AZ

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

 

063e3651a8ac20c0e2bd5431f093dea8.jpg
02.07.2024 10:57

Bu ildən etibarən Bakı Mühəndislik Universitetində (BMU) ilk dəfə olaraq təkrar ali təhsil almaq imkanı yaradılıb.

 

BMU-dan TED.az-a bildirilib ki, 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün universitetə sənəd qəbulu ümumilikdə 36 ixtisas üzrə aparılır.

 

Təkrar ali təhsil almaqda BMU-ya üstünlük verənlər üçün geniş seçim imkanları mövcuddur. Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir.

 

İxtisaslar və digər məlumatlarla link vasitəsilə tanış olmaq mümkündür:

 

Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az elektron portalı vasitəsilə gerçəkləşdirilir. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək olar.

 

Sənəd qəbulu avqustun 31-i saat 18:00-da başa çatacaq.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox