AZ

ABŞ-nın “Mantis Ray” layihəsi ilk dəfə görüntülənib 

b74e1b2f2bf2114f2a067b8d680ccc33.jpg
02.07.2024 15:57
ABŞ-nin ən gizli layihələrindən biri olan “Mantis Ray” layihəsi ilk dəfə görüntülənib.

 

TED.az xəbər verir ki, dənizdəki müharibələri tamamilə dəyişdirə bilən cihaz dünya mətbuatında böyük səs-küyə səbəb olub.

Ötən ay ABŞ dəniz dibində qış yuxusuna gedə bilən futuristik sualtı insansız platorması üçün dənizdə ilk tammiqyaslı sınağını tamamlayıb.

Aviasiya nəhəngi “Northrop Grumman” tərəfindən istehsal edilən “Manta Ray” prototipi ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) daha uzun missiyaları yerinə yetirə bilən yeni sinif sualtı platformaların yaradılması layihəsinin bir hissəsidir.

Nəhəng avtonom platforma nəzarət və ya yanacaq doldurma tələb etmədən okeanda “çox uzun müddətlər boyunca” hərəkət edəcək şəkildə dizayn edilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox