AZ

"Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

de178d36d9bd841a46924318de89f90a.jpeg
02.07.2024 12:57

Xüsusi təklif çərçivəsində abunəçilərə 12 ay boyunca 1GB internet paketi hədiyyə ediləcək

 

Texnoloji həlləri və yeni model smartfonları abunəçilər üçün əlçatan edən “Azercell Telekom” "Azercell" Smartfon Kampaniyasını təqdim edir.

 

Xüsusi təkliflə çıxış edən lider mobil operator 4 fərqli "OPPO" smartfonlarından birini əldə edən müştəriyə 12 ay müddətinə 1GB internet paketi hədiyyə təqdim edəcək. Telefonlar 279 AZN-dən başlayan qiymətlərlə nağd şəklində satışa təqdim olunur. 1GB hədiyyə internet paketi 12 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək.

 

Kampaniyaya qoşulmaq üçün yeni və mövcud fakturalı və fakturasız (SimSim) xətt abunəçiləri "Azercell"-in rəsmi satış mərkəzlərinə və ya "Kontakt Home" mağazalar şəbəkəsinə müraciət edə bilərlər.

 

Kampaniya 31.07.2024-cü il tarixinədək davam edəcək.

 

Daha ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/special-offers/oppo-smartfonlari-1gb.html səhifəsində tanış olmaq mümkündür.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox