AZ

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib - FOTO

9474c9754f984015573b0cfaf3e76d9b.jpg
02.07.2024 12:20

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkarlanan sursat və mərmilər müsadirə edilib.

 

Azad olunan ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox