AZ

Milli Depozit Mərkəzi depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırıb

 

28d41d6d246a83bf153a8e14d91bfb47.jpg
02.07.2024 11:57

Milli Depozit Mərkəzi (MDM) tərəfindən depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırılıb.

 

MDM-dən TED.az-a bildirilib ki, yeni arxitektura MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb. İnvestisiya şirkətlərinin müştəriləri yeni arxitektura çərçivəsində APİ (Application Programming Interface) vasitəsilə depo hesablarını məsafədən aça biləcəklər. Bu infrastrukturu təmin edən MDM üzvü olan investisiya şirkətlərində müştərilərə aid mütləq xanalar doldurulduqdan sonra, depo hesablar avtomatik şəkildə yaranacaq. İnvestisiya şirkətləri tərəfindən məsafədən hesabların açılması praktikası Türkiyə, Almaniya, Böyük Britaniya və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq müəyyən edilib.

 

Bu yeni arxitektura kapital bazarının inkişaf etdirilməsini, investorlar üçün əlverişli şəraitin yaradılmasını təmin etməklə, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətini daha effektiv həyata keçirilməsinə imkan verəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox